AZ EN RU

Seçki könüllüləri Şahbuz rayonunda gənclərlə görüşüb

Yüzlərlə gənci məlumatlandıran seçki könüllüləri 7 fevral tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində gəncləri fəal seçiciyə çevirməyi qarşıya məqsəd qoyaraq məsuliyyətli vətəndaş missiyasını uğurla icra edirlər. 
 "Gəncin səsi !","Gələcəyin səsi !", "Səs ver, gələcəyini qoru !" şüarları ilə yola çıxan seçki könüllülərinin səyyar görüşü Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə icra edilib. 
  Şahbuz Rayon Mədəniyyət Sarayında keçirilən görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şahbuz gəncləri, xüsusən də 18 yaşına çatmış və ilk dəfə səsvermə hüququna sahib olan vətəndaşlar seçki sistemi, seçicinin hüququ, seçkidə vətəndaşların iştirakının önəmi barədə məlumatlandırma ilə yanaşı təşkil edilmiş intelektual və masaüstü oyunlarda və 
rəqəmsal alətlərdən istifadə qaydalarının mənimsənilməsində iştirak edərək maarifləndirici-əyləncəli zaman keçiriblər. Fərqlənən gənclərə hədiyyələr təqdim olunub.

Sürəyya Qədiməliyeva

Nəşr edilib : 14.01.2024 01:11