AZ EN RU

Seçki könüllüləri ilk dəfə səs verəcək gəncləri maarifləndirir

Naxçıvanda Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə seçki könüllüləri tərəfindən ilk dəfə səs verəcək gənclər maarifləndirilir.

Bu proses ölkəmizin hər yerində aparılır, o cümlədən Naxçıvan Muxtar Respublikasının da bütün bölgələrini əhatə edəcək. Hazırda muxtar respublikanın Naxçıvan şəhəri daxil olmaqla  Şərur, Ordubad və Culfa rayonlarında təşkil olunub.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 11.01.2024 17:42