AZ EN RU

Seçicilərlə növbəti görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli 8-18 aprel 2024-cü il tarixlərdə 4 saylı Yengicə seçki dairəsi üzrə Şərur rayonunun Yengicə, Şəhriyar, Kürkənd, Kürçülü, Axaməd və Qarabürc kəndlərində seçicilərlə növbəti görüşlər keçirib.
Görüşlərdə sakinlərlə problemlər və onların həlli yolları müzakirə edilib. 
Qeyd olunub ki, ümumi xarakterli məsələlər Naxçıvan Muxtar Respublikası Ali Məclisin iclasında hökumətin hesabatı zamanı Nazirlər Kabinetinin diqqətinə çatdırılacaq, vətəndaşların fərdi problemlərinin həlli üçün isə aidiyyəti dövlət orqanlarına müraciət ediləcək.

Nəşr edilib : 19.04.2024 12:02