AZ EN RU

Seçicilərə səsvermə vəsiqəsinin verilməsi başa çatır

Seçki Məcəlləsinə əsasən, növbədənkənar prezident seçkiləri ilə əlaqədar müvafiq dairə seçki komissiyaları tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin verilməsi prosesi sabah başa çatır.  
Səsvermə vəsiqələri səsvermə gününə 45-25 gün qalanadək Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir. Yəni, bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir.
Dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına səsvermə vəsiqələri isə səsvermə gününə 25-3 gün qalanadək verilir. Bu müddət də 2024-cü il yanvarın 14-dən fevralın 4-dək olan dövrü əhatə edir.

Nəşr edilib : 11.01.2024 11:56