AZ EN RU

Səbinə Əliyeva: "İlk dəfə olaraq bu müşahidə prosesi Naxçıvanda həyata keçiriləcək"

"İlk dəfə olaraq bu müşahidə prosesi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iştirakı ilə Naxçıvanda həyata keçiriləcək".
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün Naxçıvanda keçirilən "Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbirində jurnalistlərə açıqlamasında bildirib: "Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən 7 fevralda növbədənkənar prezident seçkiləri keçiriləcək. Sərəncam imzalanan ilk gündən etibarən Ambundsman aparatı və Mərkəzi Seçki Komissiyası birgə Bakı şəhərində və Azərbaycanın müxtəlif regionlarında çoxsaylı maarifləndirici tədbirlər həyata keçirib.  Bu tədbirlərin sonuncusu Naxçıvan Muxtar Respublikasında təşkil olunub. Tədbirdə öz təşəbbüsləri ilə seçki komissiyasının üzvləri, müşahidəçilər, dairə və məntəqə sədrləri, izvləri iştirak edib. Əsas mövzu vətəndaşların seçki hüququnun təmini idi. 22 ildir fəaliyyət göstərən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı bütün seçkilərdə müşahidə aparıb. İlk dəfə olaraq bu müşahidə prosesi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iştirakı ilə Naxçıvanda həyata keçiriləcək. Öz təşəbbüsü ilə aparatın müəyyən əməkdaşları, belə desək, 12 əməkdaşı bu prosesdə iştirak edəcək. Proses zamanı müşahidə hərbi hissələrdə, Pentensiar xidmətin müəssisələrində həyata keçiriləcək. Təbii ki, ümumilikdə bütün Naxçıvanı əhatə etməklə təşkil olunacaq" - deyən Ombudsman deyib.

Nəşr edilib : 02.02.2024 14:31