AZ EN RU

Səadət Bəktaşi Şahbuz və Şərur rayonlarında vətəndaşları qəbul edib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Şahbuz və Şərur rayonlarında vətəndaşları qəbul edib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, vətənimizin uğrunda canından keçmiş şəhidlərimiz yad edilib.
Qəbul zamanı vətəndaşları narahat edən məsələlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı məhkəmənin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. 
Vətəndaşlar yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, vətəndaşların qəbulunun həyata keçirilməsinə dair cədvələ uyğun olaraq iyunun 3-də Culfa Rayon Məhkəməsində,  iyunun 5-də Babək Rayon Məhkəməsində, iyunun 11-də Ordubad Rayon Məhkəməsində, iyunun 13-də Kəngərli Rayon Məhkəməsində, iyunun 24-də Sədərək Rayon Məhkəməsində vətəndaşların qəbulu həyata keçiriləcəkdir.

Nəşr edilib : 29.05.2024 16:15