AZ EN RU

Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkədə qeyd edib.

“Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq”, – Mişel yazıb.

Nəşr edilib : 20.04.2024 20:31