AZ EN RU

“Şanlı tarixin memarı"

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Babək Rayon Mədəniyyət Sarayında “Möhtəşəm 20 il, Azərbaycanın misilsiz inkişaf yolunun salnaməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə ilk olaraq “İLHAM” adlı film nümayiş olunmuş, sonra tədbiri giriş nitqi ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd etmişdir ki, Bu gün Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin Prezident seçilməsindən 20 il ötür. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarı ilə Azərbayacanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.

Ötən 20 il ərzində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad olunması və ərazi bütövlüymüzün bərpası ilə nəticələnmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədovun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Həbibə Allahverdiyavanın, Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyevin mövzu ətrafında çıxışları dinlənilmişdir.

 Sonda Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə həsr olunmuş şeirlər qiraət edildi və mahnılar ifa olundu. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 15.10.2023 16:09