AZ EN RU

Samir Şərifov: "Ötən il büdcə intizamı ciddi şəkildə təmin edilib"

Azərbaycanda ötən il dövlət büdcəsi ilə bağlı intizam ciddi şəkildə təmin edilib.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Hesabat dövründə dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi də gözlənilib. Bu nisbətin artırılması ilə bağlı bir dəfə qərar verirlib və həmin göstərici 30 %-ə çatdırılıb. Ölkəmizdə nəhəng layihələrin həyata keçirilməsi üçün beynəlxalq maliyyə təşkilatları ilə danışıqların aparılması məqbul hesab edilib", - deyə o qeyd edib.

Nəşr edilib : 23.05.2024 11:43