AZ EN RU

Samir Şərifov: "Beynəlxalq konyekturanın əlavə gəlir əldə etməyimizə müsbət təsiri olub"

Azərbaycan üçün ötən il beynəlxalq konyektura münasib olub, əlavə gəlir əldə etməyimizə müsbət təsir edib.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"2023-cü ildə "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli orta hesabla 86 ABŞ dollarına satılıb, bu da valyuta ehtiyatlarımızın artmasına imkan verib, hesab edirəm ki, bu, müsbət haldır", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar iqtisadi artımı təmin edilib.

"Hökumətin gördüyü tədbirlər hesabına inflyasiya birrəqəmli səviyyədə qalıb. Ötən ildən icrasına başlanılmış tədbirlər bu il davam etdiriləcək. Neft-qaz sektorunda azalma, qeyri-neft-qaz sektorunda isə artım davam edir. Ticarət və tədiyyə balansında sabitlik müşahidə olunur", - deyə nazir əlavə edib.

Nəşr edilib : 23.05.2024 11:36