AZ EN RU

“Salam məktəb” endirim kampaniyasından yararlanmağa tələsin!

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-satış mərkəzi müəllim və şagirdlər üçün “Salam məktəb” adlı möhtəşəm endirim kampaniyasına start verir. Avqustun 20-dən sentyabrın 15-dək davam edəcək kampaniya çərçivəsində alıcılar satışa çıxarılacaq məhsulları 50 faizədək endirimlə əldə edə biləcək. Xüsusi endirim isə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin istehsalı olan məhsullara (məktəbli kitabçası, müəllimin illik, günlük dərs planı, sinif rəhbərinin gündəliyi, rus, ingilis dili lüğət dəftərləri, I və II yarımil Hüsnxət və sair) tətbiq ediləcək.

Məlumat üçün bildirək ki, bazar qiyməti 2 manat 50 qəp olan məktəbli kitabçası “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-satış mərkəzində kampaniya müddətində cəmi 90 qəpiyə satılacaq. Endirim ümumilikdə 200-dən çox çeşiddə məhsulu əhatə edəcək. Ünvan Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 3A, Kitab evinin 2-ci mərtəbəsidir. Kampaniyadan yararlanmağa tələsin!

Nail ƏSGƏROV

Nəşr edilib : 18.08.2023 17:23