AZ EN RU

“Sakartvelos Respublika” qəzetində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar məqalə yayımlanıb

"Alyans” Gənclər Mərkəzinin “Maddi-mənəvi irsimizin təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “ Dost, qonşu və strateji tərəfdaş” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə bu il keçirilən tədbirlərin həm Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğu, həm də respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrə təsadüf etdiyi bildirilib.
Naxçıvanın Azərbaycan xalqına Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Araz, Yusif Məmmədəliyev və Azərbaycan dövlətinin memarı, qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev kimi dahi şəxsiyyətlər bəxş etdiyi bildirilib. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası qarşısındakı tarixi xidmətləri sadalanıb, muxtar respublikanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün məhdud daxili imkanlardan maksimum və səmərəli istifadə etdiyi, o cümlədən qonşu dövlətlərlə iqtisadi əlaqələrin inkişafı üçün zəruri tədbirlər həyata keçirdiyi vurğulanıb.
Məqalədə həmçinin Naxçıvana hər zaman Prezident İlham Əliyevin böyük diqqət və qayğısından bəhs edilib. Habelə ötən 20 ildə Prezident İlham Əliyevin birbaşa diqqəti sayəsində muxtar respublikanın enerji probleminin tamamilə aradan qaldırıldığı bildirilib. Bundan başqa, məqalədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müxtəlif vaxtlarda Prezident İlham Əliyevlə birlikdə Naxçıvana səfərləri, “Əshabi-Kəhf” ziyarətgahını ziyarət etməsi də yer alıb.

Nəşr edilib : 26.04.2024 15:48