AZ EN RU

Şahtaxtı kəndində vətəndaşlar qəbul edilmişdir

   Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2023-cü ilin aprel ayından etibarən rayon və kənd­lərdə vətəndaş qəbulunu həyata keçirir.
   Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Kəngərli  rayon Şahtaxtı kənd İcra Nümayəndəliyinin inzibati binasında Şahtaxtı kənd sakinləri ilə görüşüb, onların müraciətlərini dinləyib.
    Görüşdə kənd sakinlərinin müraciət və şikayətləri dinlənilib, protokollaşdırılıb. Müraciətlər əsasən işlə təmin olunma, mülk məsələsi maddi yardım, ünvanlı dövlət sosial yardım, məktəbli geyim forması və dərs ləvazimatının verilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub.
    Vətəndaşlara müraciətlərlə bağlı hüquqi izahat verilib, komitənin səlahiyyət dairəsinə aid 3 müraciət yerindəcə həll olunub və digər  məsələlər isə səlahiyyət xaricində olduğu üçün aid orqanlar qarşısında vəsatət qaldırılması ilə əlaqədar qeydiyyatı aparılıb.
    Görüşdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova  iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 17.08.2023 18:22