AZ EN RU

Şahmatçılar üçün ustad dərsləri

    Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində şagirdlər üçün ustad dərsləri təşkil olunub.
    Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək rayon bölməsinin, Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçilən ustad dərslərinə beynəlxalq usta, beynəlxalq hakim və şahmat üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi Fikrət Sideifzadə rəhbərlik edib.
    Ustad dərsinin keçilməsində məqsəd yeniyetmə və gənclərə şahmata marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi, asudə vaxtlarının səmərəli təşkili, zehni məşğələlərə stimullaşdırılması, eləcə də onların peşəkar idmançı kimi yetişməsinə təkan vermək olub. Beynəlxalq usta Fikrət Sideifzadə 15 şahmatçıya mövzu ilə bağlı faydalı məsləhətlərini verib.
    Daha sonra dərəcəli şahmatçılarla debütlərin prinsipləri və sonluq strategiyaları ilə bağlı oyunlar təhlil olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb. 
    Həmçinin şahmat məktəbində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyevin və Azərbaycanın qadınlardan ibarət yığmasının baş məşqçisi Fikrət Sideifzadənin şahmatçı şagirdlərlə görüşü keçirilib.
    Keçirilən görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 09.03.2022 19:18