AZ EN RU

Şahmat üzrə seans oyunları keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Şahmat Mərkəzində şahmat üzrə seans oyunları keçirilib. Oyunun keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması və şahmat idman növünün kütləviliyinə nail olunmasından ibarət olub. Oyunlarda Qrossmeyster Urfan Sevdimalıyev və Beynəlxalq usta Toğrul Həsənzadə əvvəlcədən onlayn qaydada qeydiyyatdan keçən peşəkar və həvəskar iştirakçılara qarşı olub. Oyunların nəticəsinə əsasən Qrossmeyster Urfan Sevdimalıyevə qarşı oynayanlardan Elxan Məmmədov, Beynəlxalq usta Toğrul Həsənzadəyə qarşı oynayanlardan Süleyman Məmmədov hərəyə 0.5 xal aldıqları üçün ustaların imzası ilə təsdiq edilmiş fəxri fərmanla təltif olunub. Digər iştirakçılara həvəsləndirici fəxri fərmanlar, oyunda göstərdiyi yüksək peşəkarlığa görə qrossmeyster Urfan Sevdimalıyevə və beynəlxalq usta Toğrul Həsənzadəyə təşəkkürnamə təqdim olunub.

27 mart 2024-cü il tarixdə #Gənclər və #İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin təşkil etdiyi oyunda 26 nəfər iştirak edib.

Nəşr edilib : 27.03.2024 19:45