AZ EN RU

Şahmat üzrə növbəti interaktiv dərslər keçilib

    Naxçıvan Şahmat Mərkəzində “Açıq debütlər”, “Elektron şahmat proqramlarından istifadə” və “İki at müdafiəsi” mövzularında növbəti interaktiv dərslər keçilib. Hər üç dərs beynəlxalq dərəcəli hakim Emin Hacıyev tərəfindən keçilib. 
    Şagirdlər üçün “Açıq debütlər” mövzusunda keçilən interaktiv dərsdə açıq debütlər haqqında məlumat verilib. Şagirdləri maraqlandıran vəziyyətlər izah olunub. Şahmat fənnini tədris edən müəllimlər üçün “Elektron şahmat proqramlarından istifadə” mövzusunda keçilən dərsdə Emin Hacıyev müəllimlərə şahmat proqramlarından istifadə qaydalarını izah edərək onları maraqlandıran sualları ətraflı şəkildə cavablandırıb.
    Şahmat məktəbləri ilə “İki at müdafiəsi” mövzusunda keçilən interaktiv dərsdə isə şagirdlərə iki at müdafiəsi haqqında məlumat verilib, debütə aid oyunlar nümayiş olunub. Sonra şagirdlərlə birlikdə debütə aid oyunlar təhlil olunaraq  qaydalar göstərilib. 
    İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində izlənilib. 

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.11.2022 21:37