AZ EN RU

Şahmat mərkəzində növbəti yarış

    Naxçıvan Şahmat Federasiyası tərəfindən keçirilən növbəti “Dördüncü bazar günü” reytinq yarışına yekun vurulub. Naxçıvan Şahmat Mərkəzində yerli və əcnəbi şahmatçıların iştirakı ilə təşkil olunan yarış 9 turdan ibarət olub. Dairəvi sistem üzrə keçirilən turnirdə Naxçıvan şahmatçıları ilə yanaşı, Azərbaycan, İran və Türkiyənin qrossmeyster, beynəlxalq usta və FIDE ustaları iştirak ediblər. 
    10 zəka sahibinin mübarizə apardığı yarışın qalibi 6,5 xalla iranlı şahmatçı FIDE ustası Əli Rastbud (2345) olub. 6 xal toplayan türkiyəli FIDE ustası Ata Umut Akbaş (2273) ikinci, eyni xala malik naxçıvanlı qrossmeyster Urfan Sevdimalıyev (2330) isə turniri üçüncü pillədə başa vurublar. 
    Sonda qalib şahmatçılar mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 25.04.2022 19:11