AZ EN RU

Şahmat çempionatında ilk gedişlər edilib

Fevralın 5-də Naxçıvan Şahmat Mərkəzində şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatına start verilib. Çempionat Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun şahmat lövhəsi üzərindəki rəmzi gedişləri ilə start götürüb. Naxçıvan Muxtar Respublikasının ardıcıl olaraq ikinci dəfə ev sahibliyi etdiyi çempionatda 24 zəka sahibi birincilik uğrunda mübarizə aparır. Fevralın 4-də açılış mərasimi keçirilən kişilər arasında Azərbaycan çempionatına fevralın 18-də yekun vurulacaq. Çempionatda I - IV yerləri tutmuş şahmatçılar mart ayında Sloveniyada keçirilən kişilər arasında Avropa çempionatına vəsiqə qazanacaq.

Ceyhun Məmmədov

Nəşr edilib : 05.02.2022 17:00