AZ EN RU

“Şahin” hərbi-idman oyunu keçirilmişdir

    Şəhər tam orta məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunu Naxçıvan şəhər ərazisində yerləşən “N” hərbi hissədə keçirilmişdir. Yarışda            7 tam orta məktəbin komandası mübarizə aparmışdır. Hərbi-idman oyununda komandalar “Sıra hazırlığı”, “İntellektual müsabiqə”, “Çadırın qurulması”, “Darağa patron doldurulması və boşaldılması”, “Avtomatın sökülməsi və yığılması”, “Fiziki hazırlıq”, “Maneələrin dəf olunması” və “Mülki müdafiə hazırlığı” mərhələləri üzrə öz qüvvələrini sınamışlar. Yarışda 1 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək birinci, 16 nömrəli tam orta məktəbin komandası ikinci,  11 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür. 
    Sonda qalib komandalar təşkilatçıların diplom, fəxri fərman və kubokları ilə mükafatlandırılmışlar. 
    Qeyd edək ki, birinci yerin qalibi olan 1 nömrəli tam orta məktəbin komandası aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcəkdir.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 11.04.2023 20:50