AZ EN RU

Şahin Bağırov Naxçıvanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iyulun 22-də Naxçıvanda vətəndaşları qəbul edəcək.

DGK-ya istinadən xəbər verir ki, qəbul saat 10:00-da Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küç. 110) baş tutacaq.

Qəbulda Naxçıvan şəhərindən, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Qəbul zamanı vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Nəşr edilib : 17.07.2023 11:34