AZ EN RU

Şahin Bağırov Naxçıvanda səfərdədir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Naxçıvanda səfərdədir.

DGK sədri Şahin Bağırov və komitənin nümayəndə heyəti iyulun 22-də Naxçıvana səfərə gəliblər.

Səfər çərçivəsində DGK sədri Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Gün ərzində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 22.07.2023 11:10