AZ EN RU

Sahibkarlığın İnkişafı Fondunun nümayəndə heyəti Naxçıvanda sahibkarlarla görüşüb

Sahibkarlığın İnkişafı Fondunun (SİF) və “Bank Respublika”nın nümayəndə heyəti Naxçıvana səfər edib.

Fonddan verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Səfər çərçivəsində “Naxçıvanda biznesin inkişafı” mövzusunda konfrans keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev və “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək, sahibkarlar və investorlar üçün yeni yaradılan imkanlar, eləcə də dövlətin güzəştli maliyyə mexanizmləri barədə məlumat veriblər.

Üç gün davam edən səfər zamanı nümayəndə heyəti Naxçıvanın müxtəlif rayonlarında sahibkarlarla görüşlər keçirib, onları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 10.07.2023 15:58