AZ EN RU

Sahibkarlarla görüş olub

Bu gün Naxçıvan Biznes Mərkəzində Azərbaycan Korporativ İş Adamları Birliyinin sahibkarlarla görüşü təşkil olunub.

Görüşdə əvvəlcə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyin şöbə müdiri Xudakərim Məmmədov görüşün məqsədi haqqında iştirakçılara məlumat verib.

Sonra Azərbaycan Korperativ İş Adamları Birliyinin icraçı direktoru Vəfadar Babayev təmsil etdiyi qurumun fəaliyyət və məqsədləri haqqında danışıb.

Bildirilib ki, AKİAB-ın məqsədi Azərbaycanda Korporativ İdarəetmə sisteminin tətbiq edilməsi ilə innovativ metodların yayılmasına və iş adamlarının biznes fəaliyyətlərindəki vəziyyətinin yaxşılaşdırılmasına səylərin artırılması, iş adamları arasında korporativ birliyin möhkəmləndirilməsini qorumaq və inkişaf etdirməkdir. 

Qeyd edilib ki, 400-ə yaxın partnyoru olan və günü-gündən əhatə dairəsi genişlənən AKİAB son dövrdə korporativ idarəetmə sahəsində mövcud problemləri nəzərə alaraq, təlimlərin, birgə görüşlərin, diskussiyaların, sosial şəbəkələrdə müzakirələrin və digər məsələlərin icrası üçün geniş imkanlar yaradıb.

Görüşdə həmçinin tərəfdaş sahibkarlararası kommunikasiyanın təkmilləşdirilməsi, marketinq və satış əlaqələrinin genişləndirilməsi, yaxın zamanda yaradılacaq Özbəkistanda Azərbaycan Ticarət Evinin və Azərbaycanda Polşanın Ticarət Evləri vasitəsi ilə məhsul və xidmət mübadiləsinin artırılması imkanları müzakirə olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 07.10.2023 17:34