AZ EN RU

Sahələrdən bol məhsul yığılır

    Şərur rayonunda əkin üçün münasib yerlərin seçilməsi, şumdan əvvəl torpağın üzvi və mineral gübrələrlə zənginləşdirilməsi, şumun normal dərinlikdə aparılması, becərmə tədbirlərinin aqrotexniki tələblər səviyyəsində yerinə yetirilməsi nəticəsində fermerlər və torpaq mülkiyyətçiləri bol məhsul yetişdiriblər. Hazırda bölgədə xiyar, pomidor, bibər, soğan və digər tərəvəzlər, həmçinin bostan məhsulları yığılır. Əldə edilən məhsul daxili bazarı təmin etməklə yanaşı, həm də qış aylarında əhalinin bu vacib ərzaqlara olan tələbatının ödənilməsi məqsədilə anbarlara tədarük edilir. Rayonun Xələc, Aşağı Aralıq, Cəlilkənd yaşayış məntəqələrində soğan ötən illərə nisbətən daha çox əkilib. Xələc rayon üzrə ən çox əkin aparan kənd hesab olunur. Burada əkinçilər bu il 40 hektara yaxın soğan əkiblər. Sahələrdə bol məhsul yetişib.
    Onu da qeyd edək ki, rayonun meyvə bağlarında da payız meyvələrinin yığımına başlanılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 04.09.2023 18:24