AZ EN RU

Şahbuzun ucqar kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq və Kükü kəndləri ərazisində müşahidə olunan güclü yağış bir-neçə avtomobil yolunun hərəkət hissəsində məhdudiyyət yaradıb.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyindən "Şərq qapısı"na bildirilib ki, yaranmış problemlə bağlı məlumat daxil olan kimi  dərhal qeyd olunan ərazilərə agentliyin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.
Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Nəşr edilib : 25.06.2024 23:35