AZ EN RU

Şahbuzda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Fevralın 26-da Şahbuz Şəhər Mədəniyyət Sarayında keçirilən tədbirdə Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxış olub. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Rauf Bağırov çıxışında müxtəlif vaxtlarda xalqımızın məruz qaldığı soyqırımlardan bəhs edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1 mart 1994-cü ildə imzaladığı Fərmanla Xocalı hadisələrinə tarixi qiymət verilib. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı Soyqırımı və Milli Matəm Günü” elan olunub. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması Prezident cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Qürurluyuq ki, bu gün Xocalıda üçrəngli Azərbaycan bayrağı dalğalanır. 
Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş filmə baxıblar.

Nəşr edilib : 26.02.2024 17:39