AZ EN RU

Şahbuzda növbəti yaşıllaşdırma aksiyası keçirilib

Mayın 4-də Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti yaşıllaşdırma aksiyası keçirilib. "Yaşıl dünya naminə həmrəylik ili "çərçivəsində aksiya Daylaqlı kəndi ərazisində magistral yolun kənarındakı meyvə və üzüm bağında təşkil olunub. 
 Aksiya zamanı arxlar yenilənib, ağacların dibləri yumşaldılıb və gövdələri zərərvericilərə qarşı ağardılıb. 4 hektar ərazini əhatə edən meyvə və üzüm bağında alaq otları biçilib və təmizlik işləri aparılıb. Aqrotexniki qaydada həyata keçirilən qulluq zamanı ağaclara üzvi gübrə verilib. 
Aksiyada Şahbuz rayonunun idarə, müəssisə və təşkilatlarının nümayəndələri yüksək fəallıqla iştirak ediblər.

Nəşr edilib : 04.05.2024 12:51