AZ EN RU

Şahbuzda miqrasiya sahəsində maarifləndirici tədbir keçirilib

Şahbuz Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Şahbuz şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında keçirilən maarifləndirici tədbirdə rayon inzibati ərazi dairələri üzrə nümayəndələr, Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşları  və sahibkarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə  Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sevindik Abdullayev açıb.

Tədbirdə Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin əməkdaşları- baş inspektor Elnur Zellabdinov “Qanunsuz miqrasiyanın qarşısının alınmasında aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti”, baş inspektor İlkin Rəhimov “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət”, inspektor Zülfiyyə Qəribli “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması” mövzularında çıxış ediblər.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.10.2023 18:37