AZ EN RU

Şahbuzda “Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 20 il” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə Şahbuz Rayon İcra Hakimiyyəti və Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 20 il” adlı tədbir keçirilib. Əvvəlcə Ümumilli Liderimiz Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, son 20 il ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Müdrik, qətiyyətli və mahir siyasətçi cənab İlham Əliyev bu gün Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını, xalqına xidməti həyat amalına çevirib, Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb. Onu rəhbərliyi ilə 2020-ci ildə qazanılmış Zəfər xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu, Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı.
Vurğulanıb ki, bu il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, ölkə rəhbərimiz, Azərbaycan regionda proseslərə diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident cənab İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şahbuz Rayon təşkilatının sədri Rizvan Məmmədov, rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev və rayon Ağsaqqallar Şurasının sədri Tamleyxa Cəbiyev çıxış edib.
Sonda Bakı Media Mərkəzinin çəkdiyi “İlham” sənədli filmi nümayiş etdirilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 15.10.2023 18:42