AZ EN RU

Şahbuz şəhərində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şahbuz şəhərində vətəndaşa məxsus həyətyanı sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən əraziyə cəlb olunub. Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının qarşısı alınıb. 
Yanğın nəticəsində ümümi sahəsi 400 m2 olan həyətyanı sahənin 100 m2 hissəsi və həyətyanı sahəyə yığılan 20 ədəd söküntü taxtadan 5 ədədi yanıb. Həyətyanı sahənin 300 m2 hissəsi mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Nəşr edilib : 06.09.2023 15:41