AZ EN RU

Şahbuz rayonunun Kolanı kəndində ümumi sahəsi 1000 m² olan quru otluq sahə tamamilə yanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şahbuz rayon Kolanı kəndində quru otlaq sahəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən əraziyə cəlb olunub. 

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yaşılıq əraziyə keçməsinin qarşısı alınıb. 

Nəticədə ümumi sahəsi 1000 m² olan quru otluq sahə tamamilə yanıb.

Nəşr edilib : 25.08.2023 17:54