AZ EN RU

Şahbuz rayonunun Keçili kəndində vətəndaşlarla görüş keçirilib

Fevralın 2-də  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Şahbuz rayonunun Keçili kənd İcra Nümayəndəliyinin inzibati binasında kənd sakinləri ilə görüş keçirib. 
Görüşü giriş sözü ilə açan Şahbuz rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayev keçirilən belə görüşlərin əhəmiyyətindən bəhs edib. 
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək, ölkəmizdə həyata keçirilən dövlət ailə, qadın, uşaq  siyasətindən bəhs edərək, bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə mühüm işlər görülür, əhalinin, o cümlədən ailələrin, uşaqların sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. Həmçinin Komitə sədri bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən, ilk dəfə ölkəmizin suverenliyi tam bərpa olunmuş bir şəraitdə, hər bir bölgədə keçirilən Prezident seçkilərində vətəndaşların aktiv iştirak etməsi vacibdir. Eyni zamanda, qadınların ölkənin ictimai-siyasi həyatında daim aktiv olduğunu qeyd edən Ramilə Seyidova bu fəallığın seçki prosesində də nümayiş etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Komitə sədri hər bir ölkə vətəndaşı kimi hüquqlardan və vəzifələrdən səmərəli istifadə ediləcəyinə inamını ifadə edib, hər kəsi fevral ayının 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak etməyə çağırıb.
Görüşdə Keçili kənd sakini Nağıyev Qibləli Köçbəyi oğlu kənd sakinləri adından çıxış edərək fevral ayının 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində hamılıqla iştirak edəcək, xalqımızın layiqli oğlu, Müzəffər Ali Baş Komandana səs verəcəklərini bildirib.
Görüşdən sonra Komitə sədri tərəfindən kənd sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər protokollaşdırılıb, həlli ilə əlaqədar icraata götürülüb.

Nəşr edilib : 02.02.2024 16:09