AZ EN RU

Şahbuz rayonunda yaşıllaşdırma aksiyası keçirilib

Martın 30-da Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaşıllaşdırma aksiyası keçirilib. 

"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan aksiya zamanı rayonun Mərəlik kəndi ərazisində 1,5 hektar sahədə 1900 ədəd üzüm tingi əkilərək yeni bağ salınıb. Əvvəlcədən sahədə aqrotexniki tədbirlər də görülüb, yamac ərazinin istiqaməti nəzərə alınmaqla hamarlanaraq yararlı vəziyyətə gətirilib. Yerli iqlim şəraitinə uyğun olan məhsuldar üzüm sortlarından əldə olunmuş üzüm tingləri əkilib. Əkin zamanı torpağın münbitliyini artırmaq üçün üzvi gübrələrdən istifadə edilib. Yeni salınan üzüm bağında suvarma və kultivasiya işləri də aparılıb. 

Qeyd edək ki, yaşıllaşdırma aksiyası çərçivəsində Şahbuz rayonunun digər kəndlərində ümumilikdə 400 ədəd alma və badam tingləri də əkilib.

Nəşr edilib : 30.03.2024 13:05