AZ EN RU

Şahbuz rayonunda seminar təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin aidiyyəti dövlət qurumları ilə birgə təşkil etdiyi “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri” mövzusunda keçirilən tədbirlər davam etdirilir. Növbəti tədbir Şahbuz rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə baş tutub. 

Seminarda çıxış edən nazirliyin  və müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi barədə ətraflı məlumat verilib . Bələdiyyə torpaqlarının mülkiyyətə ayrılması, torpaqların təyinatına uyğun olaraq bazar qiyməti nəzəra alınmaqla satılması, icarə zamanı ərizəçi ilə bələdiyyə arasında notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanılması məsələlərinə diqqətə çatdırılıb.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandlran suallara aydınlıq gətirilib və bələdiyyə sədrlərinə nazirlik tərəfindən hazırlanan “Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə bağlı sənədlərin hazırlanmasına dair” metodiki vəsait təqdim edilib.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.06.2023 16:10