AZ EN RU

Şahbuz rayonunda şəhidlərin adına bağ salınıb

Şahbuzda "Bir şəhid, bir çinar" adı altında ağacəkmə aksiyası keçirilib.

Aksiyanı Şahbuz Rayon Xəstəxanası təşkil edib. Belə ki, xəstəxananın ərazisində rayonun 35 şəhidinin adına çinar ağacları əkilib. Hər bir ağacın yanında şəhidin şəkli, adı, soyadı və ata adı olan məlumat lövhələri qoyulub. Bununla yanaşı, lövhələrdə QR kodlar da yerləşdirilib ki, bu kodlar vasitəsilə də hər bir şəhid haqqında ətraflı məlumat əldə etmək mümkün olacaq.

Nəşr edilib : 06.11.2023 12:40