AZ EN RU

Şahbuz rayonunda qadın körpüdən yıxılaraq ölüb

"Şərq qapısı" xəbər verir ki, hadisə ötən gün axşam rayonun Külüs kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı kənddə olan körpüdən çaya düşüb. Onun meyidi dünən gecə saatlarında kənd sakinləri tərəfindən çaydan tapılıb. 
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 08.04.2024 09:46