AZ EN RU

Şahbuz rayonunda növbəti “Açıq qapı” günü təşkil edilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin cari ilin fevral ayından başlayaraq təşkil etdiyi “Açıq qapı” günləri davam etdirilir. Nazirliyin təcrübəli əməkdaşları muxtar respublikanın şəhər və rayonlarında olaraq vətəndaşları qəbul edir, fəaliyyət istiqamətinə uyğun daxil olan müraciətlərlə əlaqədar tədbirlər görülür.

İyunun 14-də Şahbuz rayonunda növbəti dəfə “Açıq qapı” günü keçirilib. Şahbuz Rayon Məhkəməsinin inzibati binasında baş tutan qəbul iş saatının sonunadək davam edib. Vətəndaşlar əsasən aliment, pul tələbi, icra prosesi, uşaqla görüş, ad və soyadın dəyişdirilməsi məsələləri ilə əlaqədar müraciət ediblər. Əməkdaşlar tərəfindən müraciətlər rəsmiləşdirilərək qeydiyyata alınıb, yerində həll edilməsi mümkün olan məsələlər həll edilib, araşdırma tələb edən mövzular nəzarətə götürülüb. Nazirliyin fəaliyyət istiqamətinə uyğun olmayan məsələlərlə əlaqədar daxil olan müraciətlər isə aidiyyəti üzrə yönləndirilib.

Qeyd edək ki, “Açıq qapı” günləri çərçivəsində görüşlərin keçirilməsi davam etdirilir. Növbəti tədbir  11 iyul 2023-cü il tarixdə tarixdə  Şərur rayonunda keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.06.2023 17:04