AZ EN RU

Şahbuz rayonunda Beynəlxalq Qadınlar Günü qeyd olunub

Şahbuz Rayon Mədəniyyət Sarayında 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev şəhid ailələrinin üzvlərini və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınları təbrik edərək bildirib ki, qadınlarımızın milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında, dövlət qulluğu işinin fəal iştirakçısı kimi müstəqil dövlətimizin inkişafında əməyi misilsizdir.
Tədbirdə şəhid anası Həcər Muradova, Şada kənd tam orta məktəbin müəllimi Tərifə Məmmədova çıxış ediblər.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev  şəhidlərin ailə üzvlərinə və rayonun fəal qadınlarına hədiyyələr təqdim edib.
 Sonda 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə Şahbuz Rayon Mədəniyyət Şöbəsi tərəfindən hazırlanmış konsert proqramı nümayiş olunub.

Nəşr edilib : 07.03.2024 16:09