AZ EN RU

Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

"Şərq qapısı" xəbər verir ki, hadisə rayonun Külüs  kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində 4 azyaşlı uşaq - Şahbuz rayon Külüs kənd sakinləri, 2007-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu, Quliyev Sinan Məzahir oğlu və 2011-ci təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək qəza törədib.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 22.05.2024 16:42