AZ EN RU

Şahbuz rayonunda 20 Yanvar – Ümumxalq Hüzn Gününün 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib

Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyəti,  idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailələri və qazilər anım tədbirində iştirak ediblər. Şahbuz şəhərindəki şəhidlər abidə kompleksinin   önünə tər qərənfillər düzməklə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Eyni zamanda Şahbuz rayonundakı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş  şəhidlərin məzarları ziyarət edilib,  ruhlarına dualar oxunub, məzarlarının üzərinə gül dəstələri qoyulub. 
Mərasim iştirakçıları Şahbuz Rayon Mədəniyyət Sarayında “Azadlıqla bitən sos” adlı sənədli  filmə baxıblar. Filmin nümayişindən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Nəşr edilib : 20.01.2024 12:33