AZ EN RU

Şahbuz rayonun Mahmudoba kəndində baş verən yanğın söndürülüb

Şahbuz rayonun Mahmudoba kəndində baş verən yanğın söndürülüb.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şahbuz rayonun Mahmudoba kəndində ot bağlamalarında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən ərazilərə cəlb olunub.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın fərdi yaşayış evinə keçməsinə imkan verilmədən söndürülüb.
Faktla bağlı araşdırma başladılıb.
Qeyd edək ki, bu, son sutka ərzində Mahmudoba kəndində baş verən 3-cü belə yanğındır.

Nəşr edilib : 17.11.2023 23:06