AZ EN RU

Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədər “Heydər Əliyev və onun qurduğu Azərbaycan” başlığı altında tədbir keçirilmişdir

Tədbirdə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev çıxış edərək qeyd etmişdir ki, tarixdən məlumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üşün əsas qüvvə oıaraq dövlət quruculuğunun tərkib hissələrindən  biridir. O da məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması  hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Hetydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, yaradılması Ümummilli Liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan ordusudur. Hakimiyyətdə olduğu illərdə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladı.

Sonra Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin zal müdiri Kifayət  Əliyeva, Şahbuz Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Zülfiyyə Camallı, Şahbuz Rayon Mədəniyyət Sarayının metodisti Nurşən Quliyeva, Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Rəsmiyyə  Mehdiyyeva “Ordu dövlətçiliyin simvoludur”, “Xilaskarlıq və quruculuq missiyasının başlandığı gün”, “Azərbaycanın taleyini dəyişən tarix”, “Milli Qurtuluş və nicat günü” mövzularında çıxışlar  etdilər.

Çıxışlardan sonra  ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər məktəblilər tərəfindən bədii qiraət olundu.

Nəşr edilib : 07.07.2023 15:40