AZ EN RU

Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsi yanğın-taktiki təlim keçirib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən Şahbuz rayon Aqrolizinq Açıq Səhmdar Cəmiyyətidə “Gübrə və zəhərli, kimyəvi maddələr saxlanılan anbarlarda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin işçi heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Əvvəlcə təlimin mövzusunu və məqsədi şəxsi heyətə çatdırılıb, texniki təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı şəxsi heyət təlimatlandırılıb.

Təlim zamanı baş vermiş şərti yanğınla əlaqədar hadisə yerinə operativ çatan yanğından mühafizə bölmələri tərəfindən çevik olaraq yanğın yerinin kəşfiyyatı aparılıb, əməliyyat şəraitinə uyğun olaraq “yanğınla” mübarizə tədbirlərinə başlanılıb və “yanğın” qısa müddətdə “söndürülüb”.

Təlimdə həmçinin yanğın haqqında məlumatın alınması və işlənməsi, yanğınların söndürlüməsi zamanı idarəetmənin təşkili də məşq etdirilib.

Uğurla keçirilən təlimdən sonra əldə edilən nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Nəşr edilib : 30.04.2024 10:24