AZ EN RU

Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis birinciliyi

    Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində sağlamlıq imkanları məhdud 18 yaşadək oğlan və qızlar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib.
    Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Naxçıvan Paralimpiya Federasiyası tərəfindən birgə təşkil olunan yarış bu qəbildən olan uşaq və yeniyetmələrin idmana olan marağını artırmaq, sosial reabilitasiyalarına nail olmaq və güclü tennisçilər formalaşdırmaq məqsədilə keçirilib.
    Nəticələrə gəlincə Rəfael Yusifov (Naxçıvan) oğlanlar arasında birinci olub. Cəlal Mürsəlli (Culfa) və Sahil Rzayev (Şərur) müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. Qızların mübarizəsində isə Gülay Nağıyeva (Culfa) qalib olub. Şəfa Abdullayeva (Culfa) ikinci, Zəhra Məmmədova (Naxçıvan) isə üçüncü yerə layiq görülüb. 
    İlk üçlükdəki idmançılar diplomla təltif edilib, bütün iştirakçılara hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 03.03.2022 20:36