AZ EN RU

Sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmətlərin göstərilməsi davam etdirilir

 

    Muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi gücləndirilir, onların müraciətlərinin həllinə diqqət və qayğı ilə yanaşılır. O cümlədən müvafiq kateqoriyalı şəxslərə göstərilən reabilitasiya xidmətlərinin həcmi və keyfiyyəti ilbəil artırılır, dayaq hərəkət sisteminin funksiyalarını itirmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatına xüsusi önəm verilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara müvafiq xidmətlər göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar. 
    Bununla yanaşı, mərkəzin həkim heyətinin iştirakı ilə səyyar xidmətlərin göstərilməsi də davam etdirilir. Bu məqsədlə iyul ayının birinci yarısında, muxtar respublikanın bölgələrinə növbəti səfərlər təşkil olunub. Səyyar xidmətlər zamanı əvvəlcədən qəbul edilmiş sifarişlər əsasında protez və ortezlər təqdim olunub, zəruri hallarda istifadə olunan protezlər təmir edilib. Eyni zamanda müvafiq kateqoriyadan olan şəxslər mexaniki təkərli oturacaq, eşitmə aparatı və digər zəruri reabilitasiya vasitələri ilə də təmin olunublar.
    Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 15.07.2022 20:23