AZ EN RU

Şagirdlərə şəxsi inkişafdan danışılıb

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi, “18 İyun Azərbaycanda İnsan Hüquqları Günü” ilə əlaqədar “İnsan hüquqları aylığı” çərçivəsində "Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Növbəti tədbir 10 iyun 2024-cü il tarixdə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə baş tutub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək şəxsi inkişafın qızıl qaydaları və onun qazandırdığı keyfiyyətlər, karyera planlamalarında uğurlu addımlar atmanın yollarından danışıb. Bildirilib ki, tədbirin  əsas məqsədi məktəblilərin, xüsusilə də yuxarı sinif şagirdlərinin şəxsi inkişafını dəstəkləməklə rəqabətli insan kapitalının formalaşmasına töhfə verməkdir.  
Dəyirmi masa ətrafında keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 10.06.2024 17:40