AZ EN RU

Şagirdlər şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib. İlk öncə məktəblilərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub, burada sərgilənən eksponatlar və şəhidlərin şəxsi əşyaları haqqında geniş məlumat verilib. Daha sonra şagirdlər Şəhidlər Xiyabanını və Naxçıvan şəhər qəbiristanlığındakı şəhid məzarlarını ziyarət edib, şəhid məzarları üstünə tər-çiçəklər düzüblər.
19 yanvar 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkil etdiyi tədbirdə 30 şagird iştirak edib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 19.01.2024 18:08