AZ EN RU

Sabahın tədqiqatçıları iki beynəlxalq müsabiqədə I dərəcəli diploma layiq görülüb

    2021-2022-ci tədris ilində də icrası həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovanın elmi rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin XI sinif şagirdi Səmayə Rəsulova “Vremya Znaniy” Ümumrusiya məktəbli olimpiadasında “Literatura” (Dünya ədəbiyyatı – XI sinif) istiqaməti üzrə, “Erudit” onlayn beynəlxalq müsabiqəsinin “Literatura i teoriya” mövzusu üzrə onlayn müsabiqələrin I dərəcəli diplom və medallarına layiq görülüb.
    Əməkdaşımızın elmi rəhbərliyi ilə tədqiqat aparan daha bir Naxçıvan məktəblisi – 12 nömrəli tam orta məktəbin X sinif şagirdi Sabirə Seyidova isə “Erudit” onlayn beynəlxalq müsabiqəsinin “Favourite English” (“Söz birləşmələri və idiomlar” istiqaməti üzrə) I dərəcəli diplom və medal ilə mükafatlandırılıb.
    Məktəblilərdə düzgün tədqiqat aparmaq bacarıqları formalaşdırdığına, uğurlu elmi rəhbərliyinə görə Leyla Səfərova hər iki müsabiqənin münsiflər heyəti tərəfindən diplom və medalla təltif olunub.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 28.02.2022 20:39