AZ EN RU

“Sabahın müəllimi” layihəsi çərçivəsində 240 tələbənin təlimlərdə iştirakı təmin olunub

2023-cü ildə “Sabahın müəllimi” layihəsi çərçivəsində muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan və ümumi təhsil müəssisələrində təcrübə keçən tələbələrə təhsildəki yeniliklər haqqında məlumat vermək və ümumtəhsil məktəblərində pedaqoji təcrübələrin öyrənilməsini təşkil etmək məqsədilə hazırlanmış təlim proqramına əsasən təlimlər davam etdirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə ötən il 240 tələbənin həmin təlimlərdə iştirakı təmin olunub. Eyni zamanda təcrübəçi tələbələrlə “STEAM təhsil metodunun əhəmiyyəti və təhsildə tətbiqi” ilə bağlı martın 27-də “STEAM Tədris Mərkəzi”ndə seminar təşkil edilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.01.2024 17:11