AZ EN RU

Sabahdan Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması imtahanı başlanır

İyunun 21, 22 və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün ölkə üzrə mərkəzləşmiş qaydada sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu il ilk dəfə muxtar respublikanın ümumtəhsil məktəblərində riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili tədris edən  müəllimlər də  sertifikatlaşdırma imtahanında iştirak edəcək. 
İmtahanda muxtar respublikanın ümumitəhsil məktəblərindən 400-ə yaxın təhsilverənin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir. 
Sertifikatlaşdırmada iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq.

Nəşr edilib : 20.06.2024 10:32